Tbilisidə şam ağacının işıqlandırılacağı vaxt açıqlanıb
Tbilisinin Rustaveli prospektində, parlament binasının qarşısındakı əsas şam ağacı dekabrın 15-də işıqlandırılacaq.
Bu barədə Tbilisi meri Kaxa Kaladze şəhər şurasının iclasında bildirib.
O qeyd edib ki, hər hansı bir dəyişiklik olarsa bu barədə ictimaiyyətə məlumat veriləcək: “Paytaxtın əsas şam ağacının işıqlandırılması tədbiri hava şəraiti nəzərə alınaraq dekabrın 15-də keçiriləcək. Hər hansı bir dəyişiklik olarsa, bu barədə ictimaiyyətə məlumat verəcəyik. Qərara gəldik ki, bu tədbiri dekabrın 15-də keçirək. Dekabrın 16-da isə ərazidə hər gün müxtəlif tipli tədbirlərin keçiriləcəyi yeni il şəhərciyi açılacaq”, – deyə Kaladze əlavə edib.