Saxta dollardan istifadə edən bir nəfər saxlanılıb

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta valyuta faktı üzrə bir nəfər həbs edilib.

Bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

Bildirilib ki, təqsirləndirilən şəxsin qanunsuz maddi gəlir əldə etmək məqsədilə Kaxeti bölgəsində 16 ədəd saxta 100 ABŞ dolları əskinaslarından istifadə etməsi müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 212-ci maddəsinin birinci hissəsilə istintaq başladılıb, saxlanılan şəxsi 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.