Nəzərli kəndində baş vermiş ağır yol qəzasında… – FOTO

Qardabani bələdiyyəsinin Nəzərli kəndində ötən gün baş vermiş faciəvi yol qəzası nəticəsində bir nəfər ölüb, 3 nəfər ağır bədən xəsarətləri alıb.

Qəza nəticəsində dünyasını dəyişən gənc Nəzərli kənd sakini Tural Əflatun oğlu Süleymanovdur.

Yaralıların isə vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, “Nissan” markalı avtomobil yol kənarında dayanmış vəziyyətdə olan “Opel” markalı minik avtomobilinə çırpılıb.

Nəticədə hər iki avtomobildə olan gənclər ağır xəsarətlər alıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları, Daxili İşlər Nazirliyinin və Fövqəladə Halların İdarə olunması xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.