Parlamentin sədri Azərbaycana rəsmi səfərə gedib – FOTO

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili dekabrın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gedib.

RealNews.ge xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Şalva Papuaşvilini Azərbaycan Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Arzu Nağıyev və digər rəsmi şəxslər qarşılayıblar.