Nigerlilər Fransa hərbçilərinin ölkədən çıxarılmasını qeyd ediblər

Nigerdə ​​minlərlə insan Fransa hərbçilərinin ölkədən çıxarılmasını qeyd etmək üçün küçələrə axışıb.

Bu barədə “France Presse” məlumat yayıb.

“Minlərlə insan dekabrın 29-da Nigerdə ​​yerləşən son fransız əsgərinin bir həftə əvvəl ölkədən çıxarılmasını qeyd edib”, – agentlik bildirib.

Nümayişdə Burkino-Fasonun və Malinin baş nazirləri – Apolliner Yoahim Kyelem de Tambela və Şoqel Kokalla Maiqa iştirak ediblər.

Qeyd edilib ki, sentyabrın 2-də paytaxt Niameydəki hava qüvvələri bazası qarşısında Fransa qoşunlarının çıxarılması tələbi ilə başlayan etiraz aksiyalarına minlərlə insanın nümayişi son qoyub.

Agentliyin məlumatına görə, Fransa əleyhinə şüarlar səsləndirilib. İzdiham arasında Niger, Burkino-Faso, Mali və Rusiya bayraqları görünüb.