Qardabani Təhsil və İnteqrasiya mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl qeyd edilib – FOTO

Qardabanidə fəaliyyət göstərən Təhsil və İnteqrasiya mərkəzində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə tədbir keçirilib.

RealNews.ge xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, müəllimlər və gənclər iştirak ediblər.

Çıxış edənlər Qardabanidə belə bir Mərkəzin fəaliyyətini yüksək qiymətləndirərək, təşkilatın gördüyü işlərin vacibliyini vurğulayıblar. Gənclərin ictimai fəallığının artırılması və daha dərin elmi-biliyə yiyələnmələri üçün təşkil edilən təmənnasız kurslara görə Qardabani Təhsil və İnteqrasiya mərkəzinin idarə heyətinə təşəkkür edilib.

Onu da bildirək ki, tədbir çərçivəsində Mərkəzdə təşkil olunan kurslarda fəal iştirak edən məktəblilər və gənclər xüsusi Sertifikatlarla təltif olunublar.