Yaponiyada sunami təhlükəsi səbəbindən 100 minə yaxın insan təxliyə edilib
Yaponiyanın mərkəzində baş verən güclü zəlzələlər nəticəsində sunami təhlükəsi səbəbindən Akita, Yamaqata, Niiqata, İşikava, Fukui, Hyoqo, Tottori, Fukuoka və Saqa prefekturalarının ən azı 97 min sakini evakuasiya əmri alıb.
RealNews.ge xəbər verir ki, bu barədə ölkənin yanğınsöndürmə idarəsinin məlumatlarında qeyd edilib.
İndiyədək İşikava və Niiqata prefekturalarında 2 minə yaxın insan təxliyə olunub. İnsanlar xüsusi təxliyə mərkəzlərindədir, onların həyatları təhlükədə deyil.