Qarşıdakı günlərdə havanın temperaturu enəcək – HAVA PROQNOZU
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, ölkə ərazisində əksər yerlərdə qərb istiqamətli güclü külək əsəcək.
Gözlənilən yağıntılar Qərbi Gürcüstanın çaylarında su səviyyəsinin artmasına, həmçinin təpəlik və dağlıq zonalarda torpaq sürüşməsi və selin yaranmasına və aktivləşməsinə səbəb ola bilər. Gürcüstanın bütün ərazisində hava temperaturu əhəmiyyətli dərəcədə enəcək.
27-28 noyabr tarixlərində ölkənin əksər hissəsində yağıntı gözlənilir, dağlıq ərazilərdə qar şəklində, bəzi yerlərdə isə güclü yağış olacaq. Yüksək dağlıq bölgələrdə duman, qar fırtınası və qar uçqunu təhlükəsi mümkündür.
Çox qar yağması, görünüşün zəifləməsi, qar fırtınası və qar uçqunu təhlükəsi səbəbindən avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər. (Təhlükə səviyyəsi orta).
Bizi WhatsApp – da izləyin.