2025-ci ildə keçiriləcək vahid milli imtahan proqramlarının siyahısında dəyişiklik edilib
2025-ci ilin vahid milli imtahanlarının proqramları siyahısına dəyişikliklər daxil olub.
Bu barədə Təhsil, Elm və Gənclər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Təhsil, elm və gənclər naziri Aleksandre Tsuladzenin qərarı ilə xüsusən də gürcü dili və ədəbiyyatı fənnindən imtahan proqramına daxil olan materialların həcmi azaldılıb və bəzi hallarda abituriyentlərin müəyyən yazıçıların əsərlərini və nağılları təqdim etmək öhdəliyi olmayacaq.
Bildirilib ki, məktəblərdə tədris planı dəyişdirilməyib və proqramdan heç bir əsər çıxarılmayıb. Vahid milli imtahanların yeni proqramı yalnız milli kurikulumda nəzərdə tutulmuş məcburi ədəbiyyatlara əsaslanır.
Bizi WhatsApp – da izləyin.