Marneulidə hüquqi problemləri olan vətəndaşların qəbulu keçirilib – FOTO

“Azərbaycan Evi” və “QANUN” Hüquqi Yardım Mərkəzi arasında bağlanmış Memoranduma əsasən, vətəndaşlara təmənnasız (pulsuz) hüquqi yardımlar göstərilib. “Azərbaycan Evi”ndə adı çəkilən mərkəzin rəhbəri, vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Şamil Şamilov tərəfindən, əvvəlcədən qeydiyyatdan keçmiş Marneuli və ətraf kəndlərin sakinlərinin hüquqi problemləri olan vətəndaşların qəbulu keçirilib.

Yeddinci qəbul günündə 12 nəfər Gürcüstan vətəndaşı qəbul edilərək problemləri dinlənilib.

Vətəndaşların problemlərinin (məhkəmə proseslərinin tezləşdirilməsi, aliment, vərəsəlik, mülkiyyət, özəlləşdirmə məsələləri, ailə zorakılığı, və.s) həlli ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyatı dövlət qurumlarına, Gürcüstan Prezidentinə, baş prokurorluğa və məhkəmə-hüquq orqanlarının elektron ünvanına göndərilib.

Qəbul günləri davam edəcəyi qeyd edilib.

Qəbula yazılmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz:

Tel: +995 599 10 96 90

Bizi WhatsApp – da izləyin.