Messi Azərbaycana səfər edib – FOTO
Azərbaycanda səfərdə olan dünya futbolunun əfsanələrindən biri Lionel Messi və komanda yoldaşları Luis Suarez, Serxio Buskets və Xordi Alba bu gün Heydər Əliyev Mərkəzində olublar.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla görüşən qonaqlar Mərkəzdə təqdim olunan sərgiləri də ziyarət ediblər.
Lionel Messi və komanda yoldaşları “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı xalça kolleksiyası, “Klassik avtomobil sərgisi” və digər ekspozisiyalarla tanış olublar.
Bizi WhatsApp – da izləyin.