Bolnisidə dəhşətli hadisə: Məktəb əməkdaşına… – FOTO

Bolnisi bələdiyyəsinin Kazret qəsəbəsində ictimai məktəblərdən birinin əməkdaşına naməlum şəxs hücum edərək, ülgüclə onun üzünü yaralayıb.

Hücuma məruz qalmış şəxsin məktəblərdən biribdə çalışan informasiya meneceri Pikriya Epitaşvili olduğu bildirilir.

Yerli mətbuatın yaydığı məlumata görə, xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilib və hazırda polis tərəfindən dindirilməkdədir.

Pikriya Epitaşvilinin dostu Nata Cnobiladze faktla bağlı bildirib ki, hadisə  Pikriyanın vətəndaş mövqeyi ilə bağlıdır:

“Arxadan ona qara paltarlı bir nəfər yaxınlaşıb, onu çevirdi, ülgücü üzünə sürtərək, – ‘Rədd ol Avropaya, sənin kimi agentlər…!’ – dedi”.

Küçədə heç kim yox idi. Üstəlik, Pikriya qulaqlıq taxmış idi və kimsənin yaxınlaşdığını eşidə bilmədi. Pikriya ülgücü əlindən almağa çalışdı, çünki həmin şəxs dayanmırdı. O, müqavimət göstərdi və ülgücü əlindən aldı. Və həmin şəxs qaçdı”.

Bizi WhatsApp – da izləyin.