Rustavidə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb – FOTO
Rustavi Təhsil və Mədəniyyət Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.
Bu barədə RealNews-a mərkəzdən bildirilib.
18 saylı ictimai məktəbin tarix müəllimi Savalan Osmanlı Mərkəzin nəzdindəki dil kurslarında təhsil alan şagirdlərə Heydər Əliyevin zəngin və mənalı ömür yolu, həyat və fəaliyyətinə dair açıq dərslər keçib.
Mərkəzin üzvləri və şagirdlər Rustavi şəhərində ulu öndərin abidəsini ziyarət edərək önünə əklil və gül dəstələri düzüblər.
Bizi WhatsApp – da izləyin.