Türkiyə Sednaya həbsxanasında axtarışlara başlayır

Türkiyənin Təbii fəlakət və fövqəladə vəziyyətlərin idarəçiliyi üzrə idarəsi (AFAD) Suriyada devrilən rejimin Müdafiə Nazirliyinə bağlı Sednaya Hərbi Həbsxanasında axtarışlara başlayır.

Xarici KİV-in yaydığı məlumata görə AFAD həbsxanaya 43 nəqliyyat vasitəsi və 120 nəfərlik şəxsi heyət göndərib.

Bildirilib ki, bu addım həbsxanada sıxışdırılmış vəziyyətdə qaldıqları ehtimal edilən şəxslərlə bağlı atılıb.

AFAD sədri Okay Memiş Sednaya Hərbi Həbsxanası qarşısında mətbuata açıqlama verib:

“Özümüz təşkilatlanmışıq, 43 maşın, 120 nəfərlik heyətlə Sednaya həbsxanasının qarşısına gəlmişik. Burada rabitə yoxdur, telefonlar işləmir. Peyk telefonları ilə əlaqə saxlayırıq. Axtarışları yer radarı və akustik dinləmə cihazları vasitəsilə həyata keçirəcəyik. Burada Əsəd rejiminin qeyri-insani rəftarından qaynaqlanan ölümlərin olduğunu və faktlarla zənginliyini bilirik. Bu həssaslıqları nəzərə alaraq işimizi komandalarımızla birlikdə ən yaxşı formada həyata keçirəcəyik. Ümid edirik ki, qısa zamanda nəticə əldə edəcəyik”.

Bizi WhatsApp – da izləyin.