Qardabanidə beynəlxalq döyüş gecəsi keçiriləcək – CANLI YAYIM “REAL”DA
Qardabani Fight Clubun məşqçisi Hacı Vəliyevin təşkilatçılığı ilə Qardabanidə beynəlxalq döyüş gecəsi keçiriləcək.
Belə ki, yerli, eləcə də Azərbaycan, Türkiyə, İran və bir sıra digər ölkələrdən gələcək idmançılar dekabrın 20-də Qardabani bələdiyyəsinin Kosalı kəndində “Kosalı Şadlıq Sarayında” üz-üzə gələcəklər.
Döyüş gecəsi çərçivəsində ümumilikdə 12 kikboks və 4 MMA qarşılaşması baş tutacaq.
Döyüşləri yerindəcə izləmək üçün isə aşağıda qeyd edilən telefon nömrəsi ilə əlaqə saxlayaraq bilet ala bilərsiz:
+995 599 06 65 96
Bizi WhatsApp – da izləyin.