Almaniyada bayram bazarında terror: 11 ölü, 80 yaralı – VİDEO
Almaniyanın Maqdeburq şəhərində təşkil olunan Milad bazarında avtomobil xalqın üzərinə sürülüb.
Bu barədə “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 11 nəfər həlak olub, 80 nəfər isə yaralanıb.
Bildirilib ki, hadisəni törədən sürücü həbs edilib.
Əyalət hökumətinin sözçüsü Masias Şuppe hadisəni terror aktı kimi qiymətləndirib.
Şəhər polisinin məlumatına görə, hazırda Maqdeburqdakı Milad bazarında geniş əməliyyatlar keçirilir.
Qeyd edək ki, Berlinin qərbində yerləşən Maqdeburq Saksoniya-Anhalt əyalətinin paytaxtıdır və təxminən 240.000 əhalisi var.
Bizi WhatsApp – da izləyin.