Azərbaycanda müəllim dərsdə şagirdlərin ağızlarını “skoçlayıb” – VİDEO
Bakının Nərimanov rayonunda 178 nömrəli tam orta məktəbin 3A sinfinin rəhbəri Xatirə Rüstəmovanın şagirdlərin ağızlarını “skoç”la bağlaması barədə iddialar yayılıb.
Bu barədə Baku TV-yə valideynlər müraciət ediblər. Onlar, həmçinin uşaqlarının müəllim tərəfindən alçaldıldığını və döyüldüklərini bildirib.
Sözügedən müəllim baş vermiş hadisə ilə bağlı yerli mətbuata açıqlama verərək bunun bir oyun olduğunu, dərs vaxtı belə oyunlardan çox istifadə etdiyini açıqlayıb. X. Rüstəmova qeyd edib ki, bəzən dərs prosesində şagirdlərinə biliyi və intizamı əyləncəli oyunlar vasitəsilə öyrətməyə çalışır.