Azərbaycanın sərnişin təyyarəsi qəzaya düşüb -göyərtədə 67 nəfər olub

Qazaxıstanın Aktau şəhəri yaxınlığında sərnişin təyyarəsi qəzaya düşüb.

Bu barədə “Tengrinews” məlumat yayıb.

Məlumata görə, təyyarə AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirirmiş.

İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.

Yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub.

İlkin məlumatlara görə 10 nəfər sağ qalıb.

AZAL isə hadisə ilə bağlı rəsmi məlumat yayıb.

Bildirilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Bizi WhatsApp – da izləyin.