Baş nazirin Yeni il təbriki – VİDEO
“Əziz həmvətənlər, dostlar, 2023-cü il başa çatır. Bu, yaxın tariximizdə müstəsna uğurlar və tərəqqi ili oldu. Dünya üçün belə ağır çağırışlar dövründə biz sülhü təmin etdik və sülhün bərqərar olması istiqamətində çox mühüm addımlar atdıq. Xalqımızın və hökumətimizin birgə səyləri nəticəsində bu gün Gürcüstan iqtisadi tərəqqi və demokratiya baxımından dünyada liderdir.
Bundan başqa Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi tarixi hadisəyə çevrildi. Əcdadlarımızın böyük irsi ilə dəstəklənən bu nailiyyət nəinki ölkəmizin daha yaxşı gələcəyini və onun ailədə layiqli yerini dönməz şəkildə müəyyənləşdirdi. Azad Avropa xalqlarının, həm də Avropa Birliyinin özünün yeni konturlarını cızdı. İndi, Gürcüstan öz milli məqsədlərinə nail olmağa həmişəkindən daha yaxındır.
Biz qarşıdan gələn 2024-cü ili yeni ümidlər, məqsəd və vəzifələrlə qarşılayırıq. Biz bu milli məqsədlərə tezliklə nail olmaq üçün bundan sonra da fədakarlıqla çalışacağıq. Bu gün bizim əhval-ruhiyyəmizə kölgə salan bir şey varsa, bu da İsrail və Ukraynada davam edən müharibələrdir. Qardaş yəhudi və ukrayna xalqlarına qarşıdan gələn ildə sülh arzulayıram. Necə deyərlər, Yeni il ərəfəsi yeni arzular etmək vaxtıdır. Əsgərlərimizin, qəhrəman polislərimizin, yanğınsöndürənlərimizin, sevimli həkim və tibb işçilərinin, təhsilin, elmin, mədəniyyətin layiqli nümayəndələrinin, qürurlu idmançılarımızın, dövlət qulluqçularımızın, veteranlarımızın, fermer və inşaatçılarımızın, xaricdə yaşayan əziz həmvətənlərimizin hər birinin yeni ilini təbrik edirik, düşüncələrinin hər zaman Gürcüstanımzla olduğunu bilirik.
Vətənimizə olan qeyd-şərtsiz məhəbbət bizi təkcə bir-birimizlə deyil, böyük əcdadlarımız və gələcək nəsillərimizlə birləşdirir. Abxaz və osetin qardaşlarımız və bu torpaqda yaşayan bütün insanlarla birlikdə güclü, vahid və inkişaf etmiş Avropa dövlətinin qurulması ancaq bu birliyə əsaslanmalıdır. Ona görə də bu prosesdə hər birinizin rolu əvəzsiz və bənzərsizdir.
Əziz dostlar, qarşıdan gələn 2024-cü il münasibətilə sizi ürəkdən təbrik edirəm. Vətənimizin daha da tərəqqisini, möhkəmlənməsini, qovuşmasını, Sizə və ailələrinizə xoşbəxtlik, cansağlığı, əmin-amanlıq və firavanlıq arzulayıram! Allah hamımızı qorusun!”, – deyə Baş nazir İrakli Qaribaşvili Yeni il təbrikində bildirib.