Həyat yoldaşını qətlə yetirən 44 yaşlı kişi saxlanılıb (VİDEO)

Batumidə yeni il günləri öz həyat yoldaşını qətlə yetirən 44 yaşlı kişi saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, sözügedən şəxs əvvəllər də məhkum olunub.

İstintaq zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxs həyat yoldaşı – 1987-ci il təvəllüdlü xanımı Batumidə evlərində soyuq silahla yaralayaraq hadisə yerindən qaçıb. Yaralı qadın tibb müəssisəsinə gətirildikdən bir neçə dəqiqə sonra dünyasını dəyişib.

Faktla bağlı istintaq başladılıb, saxlanılan şəxsi 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.