Tbilisi Beynəlxalq Hava limanından Bakı, İstanbul, Münhen, Riqa, Dubay uçuşları ləğv edilib

Əlverişsiz hava şəraiti ilə əlaqədar Tbilisi Beynəlxalq Hava limanından bir sıra istiqamətlərə uçuşlar həyata keçirmək baş tutmayıb.

Yerli mətbuatın yaydığı məlumata əsasən xüsusilə də Bakı, İstanbul, Münhen, Riqa, Dubay istiqamətlərində uçuşlar ləğv edilib.