Havalar kəskin soyuyacaq, yağış yağacaq…
Yanvarın 14-dək ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunacaq.
Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Məlumata əsasən, 13-14 yanvar tarixlərində ölkənin əksər yerlərində sulu qar və qar yağacağı və çovğun olacağı gözlənilir.
Yanvarın 14-dək ölkə ərzisində havanın temperaturu gecə -1, -2, gündüz isə +4, +7 dərəcə olacağı proqnozlaşdırılır.