Azərbaycandan Gürcüstana 46 milyon dollar dəyərində pul köçürmələri…
2023-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycandan Gürcüstana 46 milyon dollar dəyərində pul köçürmələri baş tutub.
Bu barədə Milli Bankın dərc etdiyi statistikada bildirilib.
Qeyd olunub ki, bu göstərici 2022-ci illə müqayisədə 9,2 milyon dollar və ya 16,6% azdır. 2022-ci ilin 12 ayı ərzində Azərbaycandan Gürcüstana 55,2 milyon dollar dəyərində vəsait göndərilib.
2023-cü il ərzində Gürcüstandan Azərbaycana pul köçürmələri isə əvvəlki illə müqayisədə 11,2 milyon dollar və ya 44,6% artaraq 36,3 milyon dollara çatıb. 2022-ci ildə bu göstərici 25,1 milyon dollar təşkil edib.