Rusiya vətəndaşları Gürcüstanı tərk edir

2023-cü ildə təxminən 31 min Rusiya vətəndaşı Gürcüstanı tərk edib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) açıqladığı statistikada bildirilib. Belə ki, 2023-cü ildə Gürcüstana gedən Rusiya vətəndaşlarının sayı 1 856 237 nəfər, ölkəni tərk edənlərin sayı isə 1 887 223 nəfər olub.

Ötən il ərzində Rusiyadan Gürcüstana pul köçürmələrinin həcmində də əhəmiyyətli azalma baş verib. Gürcüstan Milli Bankının statistikasına görə 2023-cü ilin dekabrında Rusiyadan Gürcüstana 73 milyon dollar transfer edilib. 2022-ci ilin eyni periodunda isə bu göstərici 250 milyon dollar təşkil edib.