Baş nazir Davos Forumunda iştirak etmək məqsədilə İsveçrəyə yola düşüb

Baş nazir İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Davos Dünya İqtisadi Forumunda iştirak etmək məqsədilə İsveçrəyə yola düşüb.

Bu barədə məlumatı Baş nazirin mətbuat xidməti yayıb. Bildirilib ki, Baş nazirin forum çərçivəsində keçiriləcək panel müzakirələrində çıxışı planlaşdırılır.

Səfər çərçivəsində hökumət başçısı ikitərəfli görüşlər də keçirəcək.

Gürcüstan nümayəndə heyətinə baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İliya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.