Hərbi Xidmətə Çağırışçıların maaşları 400 lari olacaq birinci dərəcəli əsgərlərin isə…

Hərbi Xidmətə Çağırış Xidmətinin sıravi qulluqçusunun maaşı 400 lari, birinci dərəcəli əsgərin maaşı isə 440 lari olacaq.

Müdafiə naziri Cuanşer Burçuladzenin imzaladığı sərəncama əsasən çağırışçıların Milli Hərbi Xidmətinin sıravi və birinci dərəcəli sıravi əsgərlərə rütbə nişanı əlavə edilib.

Məlumata görə, çağırışçılar artıq bu ilin yanvar ayından qeyd olunan artırılmış maaş alacaqlar.