İrakli Kobaxidze hökumətin tərkibini parlamentə təqdim edib

“Gürcü Arzusu” partiyasının Baş nazirliyə namizədi İrakli Kobaxidze hökumətin tərkibini parlamentə təqdim edib.

Belə ki, hökumətin tərkibində yeganə dəyişiklik müdafiə naziri ilə bağlıdır.

Yeni tərkibdə müdafiə naziri Cuanşer Burçuladzeni parlamentin vitse-spikeri, Zuqdidi rayonu üzrə majoritar deputat İrakli Çikovani əvəz edəcək.

Digər nazirlər öz vəzifələrində qalacaqlar.

Xatırladaq ki, İrakli Kobaxidze fevralın 1-də “Gürcü Arzusu” partiyasının qurultayında Baş nazirliyə namizəd kimi təqdim edilib.

Parlament fevralın 8-də Baş naziri və hökumətin tərkibini təsdiqləyəcək.