DƏHŞƏT: Atası təcavüz etdi, qızı uşaq dünyaya gətirdi
Azyaşlı qız, uşaq dünyaya gətirib.
RealNews.ge yerli mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin qərbindəki bələdiyyələrdən birində baş verib.
Hüquq mühafizə orqanlarının əməkdaşları yeniyetmənin atasını qızı zorlamaqda ittiham edərək saxlayıb.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 11-137-ci maddəsi ilə yetkinlik yaşına çatmayan ailə üzvünü zorlama maddəsi ilə istintaq başladılıb. Cinayət sübuta yetirilərsə, saxlanılan şəxsi 15 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl 17 yaşlı yeniyetmə vaxtından əvvəl doğuş edib və azyaşlının dünyaya gətirdiyi uşaq ölüb. Azyaşlı fevralın 5-də klinikanı tərk edib. Onun səhhətinin qənaətbəxş olduğu bildirilir.
İlkin məlumatlara görə azyaşlı qız iki il atası tərəfindən zorlanıb. Ata hadisə barədə ailədə kimsə danışarsa hamını öldürəcəyini deyərək ailə üzvlərini hədələyib.