XƏBƏRDARLIQ: Qarşıdakı günlərdə hava kəskin pisləşəcək

Fevralın 5-dən və 8-dək ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunacaq.

Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Bildirilib ki, 6 fevral tarixində ölkənin əksər yerlərində sulu qar və qar yağacağı və çovğun olacağı gözlənilir. Mövcud hava şəraitinə görə, yollar buz bağlayacaq, güclü külək əsəcək. 7, 8 və 9 fevral tarixlərində isə hava əsasən yağmursuz, lakin şaxtalı keçəcək.

Fevralın 5 və 6-da ölkə ərzisində havanın temperaturu gecə -2, -5, gündüz isə +4, +6 dərəcə olacağı proqnozlaşdırılır.

Bunadan əlavə, 112 xidmətindən də havanın kəsin pisləşəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq mesajları göndərilib.