Gürcüstanın sığorta şirkəti Azərbaycanda fəaliyyətə başlayır

Gürcüstanın sığorta şirkəti Azərbaycan bazarına daxil olub.

Belə ki, Azərbaycan Mərkəzi Bankı Gürcüstanın “Maqnus” sığorta şirkətinin yerli törəməsi “Maqnus Sığorta Brokeri” MMC-ni reyestrinə daxil edib. Bununla da, Azərbaycan Mərkəzi Bankının reyestrindəki xarici sığorta brokerlərinin sayı 86-ya çatıb.