Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb – FOTO

Bağdati bələdiyyəsinin Neergeti kəndində güclü yağışlar səbəbilə baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Bu barədə Fövqəladə Halların İdarə olunması Xidmətinin rəhbəri Temur Mğebrişvili bildirib. İtkin düşən daha 3 nəfərin axtarışlarının davam etdirildiyi qeyd olunub. Onu da bildirək ki, əraziyə 200-dən çox xilasedici cəlb edilib.