Gürcüstanda faciə: Hava balonu elektrik dirəyinə çırpılıb, 3 nəfər dünyasını dəyişib

Gürcüstanda hava balonunun yüksək gərginlikli elektrik naqillərinə çırpılması nəticəsində, hava balonunda olan hər kəs dünyasını dəyişib.

Belə ki, hadisə Asureti yaxınlığında baş verib.

Hadisənin təfərrüatları barədə dəqiq məlumat olmasa da, ilkin ehtimallara görə hava balonu güclü külək nəticəsində elektrik naqillərinə çırpılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.