Tofiq Əkbərov Marneuli rayonunun Təzəkənd ictimai məktəbinə direktor təyin edilib

42 yaşlı Tofiq Qəmil oğlu Əkbərov Marneuli rayonunun Təzəkənd ictimai məktəbinin direktoru təyin edilib.

Qeyd edək ki, 2016-cı ildən o, Təzəkənd məktəbində idman müəllimi olaraq fəaliyyət göstərib.

Bundan əlavə Tofiq Əkbərov Kikboksing idman növü üzrə bir sıra böyük uğurlara imza atıb.

Bu təyinat münasibətilə Tofiq müəllimi təbrik edir, ona şərəfli və məsuliyyətli işində uğurlar arzulayırıq!