Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü keçiriləcək
Gələn ay Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.
Bu barədə Xarici İşlər Nazirliyinin İliya Darçiaşvilinin həmkarı Hakan Fidanla görüşünə dair yaydığı bəyanatında bildirilib.
Qeyd olunub ki, XİN başçıları söhbət zamanı uğurlu Azərbaycan-Türkiyə-Gürcüstan formatına toxunublar.
“Hər üç ölkənin xarici işlər nazirlərinin bu formatda növbəti görüşü martda keçiriləcək”, – məlumatda qeyd olunub.
Məlumata görə, tərəflər Azərbaycan, Gürcüstan və Türkiyənin tranzit potensialını da gözdən keçiriblər.
“Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inkişafının, həmçinin Orta Dəhlizin önəmi qeyd edilib”, – məlumatda bildirilib.