Baş nazir Avropa Parlamentinin rəhbəri ilə görüşüb – FOTO
Avropa Parlamentinin rəhbəri Roberta Metsola və Gürcüstanın Baş naziri İrakli Kobaxidze Brüsseldə danışıqlar zamanı ölkənin Avropaya inteqrasiya prosesini müzakirə ediblər.
Bu barədə Hökumət administrasiyası məlumat yayıb.
İ.Kobaxidze Gürcüstana namizəd statusunun verilməsinin vacibliyini qeyd edərək, Gürcüstanın Avropa İttifaqına daxil olması istiqamətində gələcək irəliləyişlərə nail olmaq üçün fəaliyyətini davam etdirdiyini vurğulayıb. Bu məsələdə Avropa Parlamentinin rolunu və dəstəyini qeyd edib.
Baş nazir Gürcüstanın Avropa İttifaqına daxil olması prosesində Avropa Parlamentinin rolunu və onun dəstəyinin vacibliyini vurğulayıb. Tərəflər Gürcüstan və Avropa Parlamenti arasında əməkdaşlığın dinamikasını qiymətləndirib və tərəfdaşlığı gücləndirməyə hazır olduqlarını bildiriblər.
Məlumata əsasən, görüş zamanı tərəflər regionda və dünyada təhlükəsizlik və sabitlik məsələsini də müzakirə ediblər.