İsvahan Əliyev Kickboksing federasiyasının Kvemo-Kartli bölgəsi üzrə baş məşqçisi təyin edilib – FOTO

İsvahan Əliyev Kickboksing federasiyasının Kvemo-Kartli bölgəsi üzrə baş məşqçisi təyin edilib.

RealNews.ge xəbər verir ki, İsvahan Əliyev Gürcüstanın Milli kickboksing ve thaiyboxing fedarsyasında 2015-ci ildən həm idmançı, həm də məşqçi kimi faliyət göstərir. Onun rəhbərlik etdiyi Kharajala Fight Club 2018-ci ildə Gürcüstanda ən yaxşı idmançılar yetişdirən və ən çox çempion olan klub seçilib. 2022-ci ildən isə Klubun yetirmələri dünyanın müxtəlif ölkələrində Gürcüstanı təmsil etməyə başlayıblar.

İsvahan Əliyevin RealNews-a verdiyi məlumata əsasən o, hal-hazırda döyüşə hazırlaşır və yaxın vaxtlarda Taylandın Puket şəhərində öz tələbələri ilə birlikdə döyüşlərə qatılacaq.

İ.Əliyev Kickboksing federasiyasının Kvemo-Kartli bölgəsi üzrə baş məşqçi təyin edilməsində ona etimad göstərən Federasiyanın rəhbərliyinə və Dövlət rəsmilərinə öz təşəkkürünü bildirib.