Tbilisidə Ukraynaya dəstək aksiyası keçirilib
Tbilisidə Parlament binasının qarşısında Ukraynaya dəstək aksiyası keçirilib.
Belə ki, Rusiya-Ukrayna müharibəsinin başlamasının 2-ci ildönümü ilə əlaqədar yüzlərlə insan parlamentin qarşısına toplaşaraq Ukraynaya dəstək olublar.
Aksiya iştirakçıları “Slava Ukraine”, “Qeroyam Slava” və s. şüarlar səsləndiriblər. Aksiyada Ukrayna və Gürcüstan bayraqları dalğalandırılıb.