“Liverpul” İngiltərə Liqa Kubokunun qalibi olub
İngiltərə Liqa Kubokunun final matçında “Liverpul” “Çelsi”ni əlavə vaxtda 1:0 hesabı ilə məğlub edib.
Görüş Londonda, “Uembli” stadionunda baş tutub.
Qolu 118-ci dəqiqədə Vircil van Deyk vurub.
Liverpul onuncu dəfə Liqa Kubokunu qazanıb, komanda turnirdəki qələbələrin sayına görə rekorda sahibdir. “Liverpul” daha əvvəl 1981, 1982, 1983, 1984, 1995, 2001, 2003, 2012, 2022-ci illərdə çempion olub. Çempionluq siyahısında ona ən yaxın təqibçi “Mançester Siti”dir (səkkiz qələbə). “Çelsi” beş dəfə (1965, 1998, 2005, 2007, 2015-ci illər) turnirin qalibi olub.
Komandalar üçüncü dəfə İngiltərə Liqa Kubokunun finalında üz-üzə gəlib. 2005-ci ildə “Çelsi” əlavə vaxtdan sonra 3:2 hesabı ilə qalib olub. 2022-ci ildə “Liverpul” penaltilər seriyasında daha güclü olub – 11:10 (əsas vaxt – 0:0).