Xətayi Əzizov: Müharibənin başa çatması və sülh müqaviləsi Azərbaycanlılara qarşı soyqırımı törədənləri cinayət məsuliyyətindən azad etmir
Məlum olduğu kimi, Ermənistan əsrlər boyu Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürüb, etnik təmizləmə siyasəti aparıb, terror və digər qanlı cinayətlər törədib.
Ermənilərin 1980-ci illərin sonlarında İrəvanda yaşayan azərbaycanlılara qarşı həyata keçirdyi etnik təmizləmə siyasəti nəticəsində 250 mindən çox insan var –dövlətini, mal-mülkünü qoyaraq məcburən öz doğma yurd-yuvalarını tərk edərək Azərbaycana, bir qismi isə Gürcüstana pənah gətirməli oldular. İndiAzərbaycanda və Gürcüstanda yüz minlərlər Qərbi Azərbaycanlı yaşayır.
Heç bir beynəlxalq təşkilat, özünü demokratiyanın təminatçısı və ya qoruyucusu adlandıran dövlət onların hüquqlarının müdafiəsindən danışmır. Onların döğma yurd-yuvalarına qayıtmasını tələb etmir. Təcavüzkara, cinayətkara qarşı sanksiya tətbiq etmir. Onların susqunluğu bu gün də davam edir və həttat bəzi hallarda, əksinə azərbaycanlıları ittiham edirlər.
Təbiidir ki, bu cür laqeyidlik, biganəlik daha böyük faciələrə yol açmalı idi. Ona görə ki, cinayətcəzasız qalanda daha böyük fəlakətlər baş verir.
Bunu ermənilərin azərbaycanlılara qarşı törətdiyi daha ağır cinayətlərin timsalında görmək olar.
Dünya ictimaiyyətinin, xüsusən də ermənipərəsət, regionda sabitliyin, sülhün olmasını istəməyən imperialist qüvvələrin dəstəyi ilə Ermənistan məlum deportasiyadan sonra bir az da irəli gedərək Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. 1980-ci ilin sonlarından başlayan bu təcavüz 1990-cı ilin əvvəllində daha da şiddətlənib. Ermənilər xarici havadarlarının dəstəyi və birbaşa iştirakı ilə Azərbaycanın 20 faiz torpaqlarını işğal etdi. 1994-cü ildə dünya şöhrətli siyasi və dövlət xadimi, fenomen şəxsiyyət Ulu Öndər Heydər Əliyevin ciddi səyləri nəticəsində atəşkəsə nail oundu, işğal dayandırıldı. Bundan 30 il sonra, 2020-ci ilin sentyabrında praqmatik siyasətçi, bütün liderlik və mahir sərkərdəlik xüsusiyyətlərini özündə cəmləşdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi. Şanlı Azərbaycan ordusunun gücü qarşısından tab gətirməyən Ermənistan təslimçilik aktını imzaladı, həttat, bəzi rayonlarımızı bir güllə atmadan belə azad etdik. 2023-cü ilin sentyabrında isə bir günlük lokal antiterror əməliyyatları nəticəsində Azərbaycan bütün torpaqlarında suveren hüquqlarını bərpa etdi. İndi böyük sülh müqaviləsinin imzalaması istiqamətində danışıqlar aparırlır.
Lakin, müharibə başa çatsada, sülh müqaviləsi imzalansa da Ermənistan silahlı birləşmələrininAzərbaycan torpaqlarında torətdikləri qanlı cinayətlərin izi itməyib. Bu gün ermənilərin Xocalıda törətdiyi soyqırımın 32-ci ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal etdi. Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı soyqırımı törətdi.
Mütəşəkkil formada həyata keçirilən Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 dinc sakin qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Lakin ermənilərin azərbycanlılara qarşı törətdiyi qətliam bununla bitmir.
Hələ Xocalı soyqırımından iki ay əvvəl erməni silahlı birləşmələri Xocalının Meşəli kəndində qətliam törədiblər.
1991-ci il dekabrın 23-də Xocalı rayonunun Meşəli kəndinə daxil olan erməni silahlı quldurları əhaliyəxüsusi qəddarlıqla divan tutublar. Evlər və digər tikililər yandırılıb, 28 nəfər öldürülüb, 14 nəfər yaralanıb. Meşəli kəndinin əhalisindən 358 nəfər məcburi köçkün olmuş, kənd özü məhv edilmişdir.
Qətliamın törədilməsində birbaşa iştirak edən Vaqif Xaçaturyan 2023-cü il iyulun 29-da Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan sərhəd xidmətinin nümayəndələri tərəfindən saxlanılıb. Bu həmin Xaçaturyandır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmişdi və beynəlxalq axtarışa verilmişdi.
Erməni qeyri-qanuni silahlı birləşmələri 1992-ci il fevralın 10-da və 12-dəl Şuşanın Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə, eyni vaxtda hücum edərək 50-yə yaxın dinc sakini qətlə yetiriblər.
Erməni hərbi birləşmələri 1992-ci il fevralın 14-də keçmiş SSRİ silahlı qüvvələrinin 366-cı motoatıcı alayının Xankəndidə yerləşən hərbi bölməsinin və texnikasının köməyi ilə Xocavəndin Qaradağlı kəndinə hücum edib. Sakinlərin kəndi qəhrəmancasına müdafiə etməsinə baxmayaraq, fevralın 17-də qeyri-bərabər döyüşlərdə Qaradağlı kəndi ermənilər tərəfindən işğal olunub. Əsir götürülən 118 nəfərdən 101 nəfəri vəhşicəsinə qətlə yetirilib. Öldürülənlərdən 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli idi.
Qətlə yetirilənlərdən bəziləri xüsusi amansızlıqla öldürülmüşdür. Məsələn, 3 kənd sakininin üzərinə dizel yanacağı tökülərək yandırılmış, 2 nəfərin isə başı kəsilmişdir.
Erməni fitnəkarları 1992-ci il yanvarın 2-də Qarabağdakı quldur dəstəsinin başçısı olan Samvel Babayanın rəhbərliyi ilə Xankəndidən Kərkicahana hücum ediblər.
Qəsəbə uğrunda gedən döyüşlərdə 34 nəfər azərbaycanlı həlak olub, 150 nəfər isə yaralanıb.
Ermənilər eyni ilə Cəmilli, Kosalar və digər bölglərdə də dinc əhalini amansızcasına qətlə yetirib, soyqırımı həyata keçiriblər.
Bunları unutmaq olarmı?
Bu qətliamları, terror və digər ağır cinayətləri törədənlər hökmən ədalət məhkəməsi qarşısında cavab verməli, layiq olduqları cəzanı almalıdırlar. Əks halda bu cür faciələr davam edəcək.
Nəticədə isə təkcə azərbaycanlılar və türklər deyil, digər millətlərin də nümayəndələri soyqırımına, təcavüzə məruz qalacaqlar.
Biz bunun artıq şahidi olmuşuq.
Qonşu və dost Gürcüstanda baş verən qətliamlar da bunu deməyə əsas verir.
Bu və digər cinayətlər beynəlxalq qurumların hesabatlarında və xarici mətbuatda da əksini tapıb.
BMT-nin, AŞPA-nın, İslam Konfransı Təşkilatının və daha bir neçə beynəlxalq təşkilatın qəbul etdiyi qərar, bəyanat və qətnamələrdə, ABŞkonqresmenlərinin, Pakistan, İsrail, Türkiyə, Rusiya və digər ölkələrin tanınmış siyasətçilərinin açıqlamalrında, ermənilərin Xocalıda törətdiyi cinayətlər soyqırımı adlandırılır və bu cinayəti törədənlərin cəzalandırılmasının vacibliyi qeyd olunur.
Xocalı soyqırımı ilə bağlı “Washington Post”, “The New York Times”, “Boston Globe”, “Wall Street Journal”, “Sunday Times”, “Nezavisimaya qazeta”,“Chicago Tribune” qəzetləri, “Associated Press”informasiya agentlikləri və s. nüfuzlu mətbu orqanlarıdolğun məlumatlar yayıblar.
Bu məlumatlarda ermənilərin Xocalıda törətdikləriinsanlığa sığmayan cinayət və soyqırımı aktı olaraqqeyd olunur.
Hazırda Xocalı faciəsinin beynəlxalq miqyasda soyqırımı kimi tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.
Bu istiqamətdə bir sıra işlər görülür, layihələr həyata keçirilir. Bunlardan biri də “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasıdır. Bu kampaniya 2008-ci ilin mayında Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır.
Xocalı faciəsinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu danılmazdır. Fondun gərgin əməyi və məqsədyönlü fəaliyyəti nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Heydər Əliyev Fondu Xocalı soyqırımı ilə bağlı 100-ə qədər materialın xaricdə sərgisini təşkil edib.
Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü artıq ifşa olunub və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayıb. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əks olunur. Dünyanın 56 ölkəsinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini insanlığa qarşı cinayət kimi qiymətləndirib və onu soyqırımı kimi tanıyıb. Təşkilat üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırıb. İndiyə qədər 10-dan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb.
Bütün bunları nəzərə alaraq bir daha qeyd etmək lazımdır ki, Xocalı soyqırımını törədənlərin hüquq məkhəməsi qarşısında cavab verməsi üçün beynəlxalq hüquqi əsaslar da var.
BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 260 A (III) saylı qətnamə ilə qəbul edilmiş 9 dekabr 1948-ci il tarixli “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar” Konvensiyası, Nürnberq Hərbi Tribunalının Nizamnaməsi, Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsi, Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsi, Beynəlxalq Cinayət Məhkəməsinin statusu (maddə 6), Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı Xocalı qətliamını və digər cinayətləri törədənlərin ən sərt qaydada cəzalandırılması üçün zəmin yaradır.
Beynəlxalq hüquq soyqırımı cinayəti ilə bağlı müəyyən etmişdir ki, soyqırımı cinayəti törətmiş şəxslərin cinayət təqibi və cəzalandırılması qaçılmazdır. Soyqırımı törətmiş şəxslərə universal yurisdiksiyanın prinsipləri tətbiq edilməlidir.
Ona görə də cinayətkarlar layiq olduqları cəzanı almalıdırlar.
Nə müharibənin başa çatması, nə də imzalanacaq sülh müqaviləsi azərbaycanlılara qarşı soyqırımı törədənləri məsuliyyətdən azad etmir.
Tarixdə bu cür qətliamları törədənlər cəzalarını alıblar. İknci dünya müharibəsindən sonra qurulmuş Nürnberq məhkəməsinin oxşarı yenidən qurulmalı, dünyada ədalət bərqərar olmalıdır.
Əks halda Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi: “Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, – necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, – biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri