Tbilisidə “Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir: tanıyaq və tanıdaq” adlı aksiya keçirilib – FOTO

Fevralın 26-də Tbilisidə “Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir: tanıyaq və tanıdaq” adlı aksiya keçirilib.

“Alyans” Gənclər Mərkəzi tərəfindən təşkil olunan məlumatlandırıcı aksiyada mərkəzin rəhbərliyi və tələbələri paytaxt Tbilisinin sakinlərinə və şəhərin qonaqlarına Xocalı soyqırımına dair bukletlər paylayıblar.

Bukletlərdə Xocalı soyqırımının səbəbləri, erməni vandalizminin acı nəticələri, eləcə də statistik məlumatlar əksini tapıb.

Aksiyanın əsas məqsədi ermənilərin Xocalıda törətdikləri bu cinayətin insanlığa qarşı törədilmiş qatı cinayət olduğunu gürcü ictimaiyyətinin və əcnəbilərin diqqətinə çatdırmaqdır.