Rus işğalçıları Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs ediblər

Rusiya işğalçı qüvvələrinin nümayəndələri Kareli bələdiyyəsinin Taxistziri kəndi yaxınlığında bir nəfər Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs ediblər.

Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, faktla bağlı dərhal “qaynar xətt” işə salınıb, Avropa İttifaqının monitorinq missiyasına və Cenevrə beynəlxalq müzakirələrinin həmsədrlərinə məlumat verilib.

Qeyd edilib ki, qanunsuz olaraq həbs edilən vətəndaşların azad edilməsi istiqamətində bütün mövcud mexanizmlərdən istifadə edilir. Baş verənlərin məsuliyyəti tamamilə işğalçı rejimin üzərinə düşür.