Qarşıdakı günlərdə havanın temperaturu…

Martın 5-dək ölkə ərazisində hava şəraiti günəşli və yağmursuz keçəcək.

Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan tarxilərdə arabir şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Qarşıdakı beş gün ərzində havanın temperaturu isə gecə -3, -5, gündüz isə +8, +10 dərəcə təşkil edəcək.