Türkiyədən Gürcüstana yarım milyonluq qızıl keçirmək istədi, sərhəddə saxlanıldı – VİDEO

“Sarpi” gömrük-keçid məntəqəsi vasitəsilə Türkiyədən Gürcüstana 5 kiloqramdan artıq bəyan edilməmiş qızıl-zinət əşyasının keçirilməsinin qarşısı alınıb.

Bu barədə məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.

Belə ki, keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində ölkə ərazisinə xüsusilə külli miqdarda malların keçirilməsi faktı müəyyən edilib. Təqsirləndirilən şəxs “Sarpi” gömrük-keçid məntəqəsindən öz avtobusunda xüsusi yerdə gizlədərək 5 kiloqramdan artıq, dəyəri 535 000 lari olan qızıl məmulat keçirməyə cəhd edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 214-cü maddəsinin ikinci hissəsi ilə istintaq başladılıb, saxlanılan şəxsi 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.