Bakalavr və magistr dərəcəsi üzrə təhsil müddəti azaldılır

Gələn ildən Gürcüstan universitetlərində bakalavr pilləsi 3 il, magistratura pilləsi isə 1 il olacaq.

Bu barədə artıq təhsil nazirinin Qanunvericilik sənədində dərc edilmiş əmrində qeyd edilib.

Bildirilib ki, bakalavr dərəcəsi ilə bağlı dəyişiklik incəsənət, biznes və idarəetmənin bir sıra sahələrinə, magistr dərəcəsinə gəldikdə isə biznesin idarəetmə sahəsinə aid olan təhsil proqramlarına şamil edilir.

Belə ki, bakalavr təhsil proqramına ən azı 180 kredit, magistratura təhsil proqramının isə ən azı 60 kredit balı daxildir.