Xüsusi əməliyyat keçirilib, 10 nəfər Gürcüstan və xarici ölkə vətəndaşları həbs edilib – VİDEO
Tbilisi şəhərində və regionlarda narkotik cinayətlərinə görə 10 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, əməliyyat- axtarış tədbirləri Tbilisi, Sameqrelo-Zemo Svaneti, Acara və Quriya bölgələrində keçirilib. Hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərin yaşayış evlərinə və avtomobillərinə baxış zamanı külli miqdarda pul, narkotik vasitələr və müxtəlif cihazlar maddi sübut kimi müsadirə edilib. Qeyd edək ki, həbs olunanlar arasında Gürcüstanla yanaşı Belarus və İsrail vətəndaşları da var.
Faktla bağlı Cinayət Məcəlləsinin 260, 19-260, 273-prima və 19-273-prima maddələri ilə istintaq başladılıb, saxlanılan şəxsləri 20 il və ya ömürlük həbs cəzası gözləyir.