Bolnisidə İcma Mərkəzinin təntənəli açılışı tədbiri keçirilib – FOTO

1 mart tarixində Bolnisi bələdiyyəsini Savaneti (İmirhəsən) kəndində İcma Mərkəzinin təntənəli açılışı tədbiri keçirilib.

Tədbirdə Norveçin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri xanım Berqliot Hovland, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının Gürcüstandakı nümayəndəsi Douqlas Vepp, Barışıq və Vətəndaş bərabərliyi üzrə Dövlət nazirinin Kvemo Kartili bölgəsi üzrə nümayəndəsi Anar Süleymanov, QHT nümayəndələri, məktəb direktorları, müəllimlər, gənclər, məktəblilər, İmirhəsən və ətraf kəndlərdə yaşayan kənd sakinlər iştirak ediblər. Qeyd edək ki, “Savaneti İcma Mərkəzi” Bolnisi rayonunda ilk müstəqil Mərkəz olaraq tarixə keçib.

Burada Savaneti və ətraf kəndlərdə yaşayan sakinlərə bir çox lazımi xidmətlər göstəriləcək, dəftərxana, kompüter, internet, tərcümə və s xidmətlər tam ödənişsiz şəkildə həyata keçiriləcək

Mərkəzdə həmçinin dil kursları, qeyri-formal tədris, idman üzrə aktivliklər, mədəniyyət, təlim, seminar, gender bərabərliyi, qadın hüquqları, uşaq hüquqları, inteqrasiya, ətraf mühitin mühafizəsi və s. mövzular üzrədə bütün yaş qruplarından olan sakinlərin iştirakı təmin olunmaqla görüşlər keçiriləcək. İcma Mərkəzinin təsis edilməsində əsas məqsədlərdən biridə kəndlərdə yaşayan gənclərin, qadınların, yaşlıların, şagirdlərin inkişafına dəsdək göstərmək, lazımı xidmətlərə əlçatanlığının artırılamsıdır. “Savaneti İcma Mərkəzi” Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Norveç səfirliyin və Yeni Düşüncə İnstitutunun (NTI) birgə həyata keçirdiyi LEAD (Liderlik, Bərabərlik, Vəkillik, Demokratiya) layihəsi əsasında təsis edilib.