Tbilisi və regionlarda narkotik cinayətlərinə görə 6 nəfər həbs edilib – VİDEO

Daxili İşlər Nazirliyi Tbilisi və regionlarda narkotik cinayətlərinə görə 6 nəfəri həbs edib.

Belə ki, Nazirlikdən verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisinin, Tbilisi, Kvemo Kartli, Acarıstan və Quriya polis idarələrinin əməkdaşları tərəfindən son vaxtlar həyata keçirilmiş kompleks əməliyyat tədbirləri və istintaq-əməliyyat tədbirləri nəticəsində narkotik cinayətləri törətməkdə ittiham olunaraq 6 nəfər həbs edilib.

Həbs olunanlar arasında Gürcüstan, Belarus və Rusiya Federasiyası vətəndaşları da var.

Saxlanılan şəxslərin 1996, 1999, 1989, 1986, 2003, 1985-ci il təvəllüdlü şəxslər olduğu bildirilir.

Hüquq mühafizə orqanı əməkdaşları təqsirləndirilən şəxslərin yaşayış evlərinə və avtomobillərinə baxış zamanı külli miqdarda pul, narkotik vasitələr və müxtəlif cihazlar maddi sübut kimi müsadirə ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 260, 19-260 və 273 və maddələri ilə istintaq başladılıb, saxlanılan şəxsləri 20 il və ya ömürlük həbs cəzası gözləyir.