Azərbaycan Təhlükəsizlik Şurasının katibi Gürcüstana gəlib – FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Gürcüstanda səfərdədir.
Bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.
Bildirilib ki, Ramil Usubov Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın daxili işlər naziri, Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Vaxtanq Qomelauri ilə görüşüb. Məlumata görə, tərəflər iki ölkənin aidiyyəti orqanları arasında təhlükəsizlk sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Söhbət zamanı həmçinin regionda cari hadisələr və təhlükəsizlik sahəsindəki məsələlərə də toxunulub.