“1+4” təhsil proqramı çərçivəsində artıq 200 tələbə maliyələşdiriləcək

2024-2025-ci tədris ilindən 1+4 proqramı ilə universitetlərə qəbul olan tələbələrin dövlət təhsil qrantı ilə maliyələşdirilməsi iki dəfə artırılıb.

Bu barədə Təhsil, Elm və Gənclər naziri Giorgi Amilaxvari qərar verib. Belə ki, hər il 100-100 erməni və azərbaycandilli tələbə əvəzinə artıq 200-200 tələbə maliyələşdiriləcək. Təhsil, Elm və Gənclər Nazirliyinin məlumatına görə, Azərbaycan və erməni dili testlərin nəticələrinə əsasən “1+4” təhsil proqramı ilə qəbul olan tələbələrin maliyəsi 450-450 min lari təşkil edir və hər il bu məbləğin həcmi artacaq.

Qeyd olunur ki, Təhsil, Elm və Gənclər Nazirliyinin əsas prioritetlərindən biri etnik azlıqların nümayəndələrinin təhsilə çıxış imkanlarının artırılmasıdır. “1+4” təhsil proqramı çərçivəsində tələbələrin maliyələşdirilməsinin həcminin iki dəfə artırılması da bu məqsədə xidmət edir.