İrakli Kobaxidze Azərbaycanda rəsmi səfərdədir – FOTO

Baş nazir İrakli Kobaxidze martın 16-də Azərbaycan Respublikasına rəsmi səfərə gedib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş naziri Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər qarşıladılar.